📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Prezidenti: “Zəlzələdən zərərçəkənlərə bir illik kirayə pulu veriləcək”

2023-02-10 17:28:00

Türkiyə Prezidenti: “Zəlzələdən zərərçəkənlərə bir illik kirayə pulu veriləcək”

“94 ölkədən gələn yardım təklifləri çərçivəsində heyətlər ölkəmizə gəlməyə davam edir”.

Hurriyyet.az xəbər verir ki, bunu Adıyamanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 141 mindən çox şəxsi heyətlə bəlkə də dünyada ən çox xilasedicinin zəlzələ bölgəsində çalışmalarına baxmayaraq, vaxtında müdaxilədə çətinlik olub: 

“Hazırda xaricdən və ölkəmizin dörd bir yanından ölkəmizə yardımlar göndərilir”.

O, bütün vətəndaşlara müraciət edib: 

“AFAD-la və ya Qızıl Aypara ilə əlaqəyə keçmədən yardım toplayıb yola çıxmayın. Qarşıdakı aylarda yarana biləcək ehtiyaclar üçün yardımların koordinasiyalı olması çox vacibdir. AFAD-a göndərilən maddi yardımların hamısı zəlzələ bölgəsinə xərclənir”.

Ərdoğan qeyd edib ki, zəlzələdən zərərçəkənlərə bir illik kirayə pulu veriləcək.

bizim.media