📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Prezidentinin köməkçisi Aşura günündən yazıb

2024-07-17 11:03:42

Türkiyə Prezidentinin köməkçisi Aşura günündən yazıb

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidentinin köməkçisi Cevdet Yıldız sosial media hesabında Aşura günü ilə bağlı yazı paylaşıb. 
Cevdet Yılmaz yazıb: "10 məhərrəm Aşura günü münasibəti ilə həzrət Hüseyn əfəndimiz başda olmaqla, Kərbəla şəhidlərini və bütün şəhidlərimizi rəhmətlə yad edirəm. Tarixdə zalımlara qarşı ədalət və insanlıq bayrağını yüksəldən, bunun uğrunda qurban gedənləri minnətdarlıqla yad edirəm. Bu gün Qəzzada insanlıqdan kənar zülmə qarşı dünyanın dörd tərəfində etirazlarını və mövqelərini ortaya qoyanları hörmətlə salamlayıram".  
Hürr Tərcüman