Türkiyə Prezidentinin təmsilçisi: “Ermənistanın addımını cavabsız qoymayacaqdıq”
Hurriyyet.az Türkiyənin “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezdentinin mətbuat təmsilçisi bugünkü açıqlamasında Ermənistana etirazını bildirərək deyib: “Bizi soyqırımında ittiham edən bir addımın qarşılıqsız qalması gözlənilməməlidir”.
Kalın Türkiyə səmasının Ermənistan təyyarələrinə qapadılmasından danışarkən deyib: “Ermənistana cavab verilməməsindən söhbət belə gedə bilməzdi. Bizi soyqırımında ittiham edən bir aktın qarşılıqsız qalması gözlənilməməlidir. Təbii ki, bunun nəticəsi hava məkanının qapadılması olacaqdı”.
Xəbər verdiyimiz kimi, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində Türkiyə ilə Azərbaycanın dövlət xadimlərinə qarşı törədilmiş “Nemesis” terror əməliyyatına həsr olunan abidənin açılışından sonra Türkiyə aprelin 29-dan etibarən öz hava məkanını Ermənistan təyyarələrinə bağlayıb.
Hürr Tərcüman