Türkiyə rəsmisindən xatırlatma: Azərbaycan və Türkmənistan qazı Avropaya Cənub Qaz Dəhlizindən keçməlidir
2022-06-03 13:15:00
Türkiyə və Aİ Azərbaycan ilə Türkmənistandan Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə Avropaya qaz tədarükünü müzakirə ediblər. Bu barədə Türkiyənin "Milliyet" qəzeti yazır.
"Üç ildən sonra Türkiyə ilə Avropa İttifaqı arasında siyasi dialoq üzrə görüş mayın 31-də Ankarada keçirilib. Görüşdə digər məsələlərlə yanaşı, Avropanın enerji ehtiyaclarını ödəmək üçün Azərbaycan və Türkmənistandan qaz tədarükü ilə bağlı danışıqlar aparması müzakirə edilib. Türkiyə nümayəndə heyəti xatırladıb ki, qazın Cənub Qaz Dəhlizindən keçməsi zərurətidir”, deyə qəzet yazır.
Ülviyyə, Hurriyyet.az