Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana gəlib
2024-07-06 11:54:49
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.
OTS-ə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Aeroportunda vitse-prezidentin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Cevdet Yılmazı Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.