📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Rusiya neftinin satıcısına çevrilə bilər

2022-10-21 12:02:00

Türkiyə Rusiya neftinin satıcısına çevrilə bilər

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə naziri Nureddin Nebati Ankaranın Qərbin maliyyələşdirməsi və sığortası olmadan Rusiya neftini alıb nəql edə biləcəyini söyləyib:  “Zərurət yaranarsa, Ankara Qərbin maliyyələşməsinə və sığortasına ehtiyac olmadan Rusiya neftini alıb nəql edə bilər".

Türk alıcıların G20 ölkələrinin Rusiya neftinin qiymət limiti ilə bağlı tələblərinə əməl edib-etməyəcəyi ilə bağlı sualın cavabında nazir, “qiymət limitinin hələ qüvvəyə minmədiyini” deyib.

“Dünya” nəşrinin yazdığına görə, Nebati deyib:  “Biz ehtiyaclarımızı ödəmək üçün lazımi addımları atmalı, eləcə də ölkəmizin maraqlarını qorumaq üçün lazım olan hər şeyi etməliyik”.

Nazir deyib: “sanksiyalar tətbiq olunarsa, Türkiyənin heç bir qanun pozuntusuna yol vermədən yeni vəziyyətə uyğunlaşmaq üçün alətlər hazırlamaq üçün bütün imkanları var”.

Cənab Nebati onu da vurğulayıb ki, hakimiyyət iqtisadi transformasiyalar həyata keçirmək niyyətindədir, bunun sayəsində Türkiyə istehsal mərkəzinə çevriləcək.

Hürr Tərcüman