Türkiyə Rusiya qazını lirə ilə ala bilər
2022-09-16 21:19:00
Hurriyyet.az xəbər verir ki, “Blumberq” (Bloomberg) agentliyi adının çəkilməsini istəməyən Türkiyə məmurlarına istinadla Türkiyə Prezidenti R.T.Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin ilə Səmərqənddə ŞƏT sammitində görüşü zamanı Rusiya qazının 25% endirimlə alınması imkanlarını müzakirə edəcəyini xəbər verib. Məlumatı verən mənbə Prezident Ərdoğanın qazın bir qisminin lirə ilə alınması məsələsini qaldıracağını da əlavə edib.
Yazıda deyilir ki, Prezident Ərdoğan Türkiyə iqtisadiyyatını tənzimləmək üçün RF ilə daha sıx maliyyə əlaqələri qurmağa can atır.
Xatırladaq ki, RF Baş nazirinin müavini Aleksandr Novak Türkiyənin tələbatının artacağı təqdirdə, Rusiyanın qaz tədarükünü artıra biləcəyini xəbər vermişdi.
Hürr Tərcüman