📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə, Rusiya, Ukrayna MN təmsilçiləri İstanbulda görüşəcəklər

2023-05-03 11:20:00

Türkiyə, Rusiya, Ukrayna MN təmsilçiləri İstanbulda görüşəcəklər

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar mayın 5-də İstanbulda Türkiyə, RF və Ukrayna nümayəndə heyətlərinin taxıl müqaviləsi ilə bağlı görüş keçirməyi planlaşdırdıqlarını bildirib.

Nazir deyib: “Cümə günü, mayın 5-də Türkiyə, Rusiya və Ukraynanın müdafiə nazirlərinin müavinləri taxıl müqaviləsinin müzakirəsi üçün İstanbulda görüşməyi planlaşdırırlar.Tərəflərin razılaşmaların müddətini uzatmağa hazır olduğunu söyləyə bilərik. Biz bu təşəbbüsün vaxtının problemsiz şəkildə uzadılmasını istəyirik”.

Hürr Tərcüma