Türkiyə Rusiyadan ikinci dəfə S-400 sistemi almağa hazırlaşır
2021-08-23 15:53:00
Hurriyyet.az xəbər verir ki, Rusiya ilə Türkiyə yaxın zamanda S-400 Hava Hücumundan Müdafiə zenit-raket sistemləri ilə bağlı yeni müqavilə imzalaya bilərlər. Bu barədə açıqlamanı “Rosoboronoeksport” şirkərinin baş direktoru Aleksandr Mixeyev verib.
Mixeyev deyib: “Məsləhətləşmələr savam edir, yekun mərhələsindədir.Yaxın zamanda tərəfdaşlarımızla müqaviləni imzalayacağıq”.
Xatırladaq ki, Türkiyə ilk dəfə 2017-ci ildə Rusiyadan S-400 sistemlərini almaqla bu kompleksə malik ilk NATO dövləti olub.