📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Rusiyadan Su-35 ilə Su-57 qırıcıları almağa hazırdır

2021-10-18 17:20:00

Türkiyə Rusiyadan Su-35 ilə Su-57 qırıcıları almağa hazırdır

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi İdarəsinin başçısı İsmayıl Demir ABŞ-ın F-17 hərbi təyyarələrinin satışını donduracağı təqdirdə Ankaranın Rusiyadan Su-35 və Su-57 qırıcılarını almağa hazırlaşdığını deyib. 

Demir “Kanal 7”-yə müsahibəsində deyib: “Bizim sənayemiz öz təhlükəsizliyimizi təmin eləmək üçün hər şeyi edir. Əlavə nə isə lazım olarsa, biz həmişə çıxış yolu tapa bilərik”.

Türkiyə Prezidenti R.T.Ərdoğan öz açıqlamasında bildirmişdi ki, Türkiyənin son model F-35 qırıcılarının istehsalı proqramından çıxarılmasından sonra ABŞ F-16 qırıcılarının satın alınmasını təklif edib. 

 

Hürr Tərcüman