📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Rusiyaya ixrac rekordunu təzələdi

2022-09-30 16:15:00

Türkiyə Rusiyaya ixrac rekordunu təzələdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 2022-ci ilin avqustunda Türkiyədən Rusiyaya 2021-ci ilin avqustu ilə müqayisədə 2,1 dəfə artıq dəyərdə məhsul ixrac edilib – bu rəqəm 451 milyon dollardan 949 milyon dollara yüksəlib. Bu barədə məlumatı Türkiyənin Milli statistika İnstitutu verib.

Mütəxəssislərin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar fonunda bu, rekord artımdır.

Hazırda Rusiya Türkiyənin idxalatçıları sırasında birinci yeri tutur. Ötən ay ərzində  Rusiyadan demək olar ki 6,3 milyard dollar həcmində məhsul idxal edilib.

Hürr Tərcüman