📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Rusiyaya yeni səfir təyin etdi

2023-06-16 15:24:00

Türkiyə Rusiyaya yeni səfir təyin etdi

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Tanju Bilgiç Rusiyaya səfir təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Anadolu agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Diplomatik mənbələrdən əldə olunan məlumata görə, nazir Hakan Fidan yeni səfirlərin təyinatını təsdiq edib və onlara uğurlar arzulayıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi və informasiya departamentinin baş direktoru Tanju Bilgiç Türkiyənin Moskvadakı səfiri təyin edilib”, - məlumatda qeyd olunub./axar.az/