📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə S-400-dən imtina edir?

2022-03-23 17:52:00

Türkiyə S-400-dən imtina edir?

"Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina etməyəcək. Bu, Türkiyə üçün müzakirə mövzusu deyil".

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.

“Biz Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdiririk. Türkiyə öz siyasətini və tutacağı yolu özü müəyyən edir. Mövqeyimiz Ukrayna ilə Rusiya arasında sülhün bərpa olunmasıdır", - deyə Türkiyə rəsmisi qeyd edib.