📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə səfiri Ərdoğanın Bakıya bu gün gələcəyini açıqladı

2023-06-12 15:55:00

Türkiyə səfiri Ərdoğanın Bakıya bu gün gələcəyini açıqladı

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın yolunu gözləyirik”.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı öz tviter hesabında etdiyi paylaşımda deyib. 

“Qardaşların böyük görüşü və qucaqlaşması bu gün baş tutacaq”, - deyə səfir qeyd edib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda Ərdoğanın Azərbaycana iyunun 13-ü gələcəyi bildirilirdi. O, yenidən Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərini bu gün Şimali Kiprə edib.