📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

2025-04-07 21:31:46

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Türkiyənin Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayevin xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb.

“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, - paylaşımda qeyd edilib.