📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə səhəri zəlzələ ilə açdı

2025-10-04 10:25:11

Türkiyə səhəri zəlzələ ilə açdı

Kütahyanın (Türkiyə) Simav rayonunda səhər saat zəlzələ baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələnin gücü 4.1 bal olub. Yeraltı təkanların 10.4 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Mütəxəssislər bölgədə afterşokların davam edəcəyini bildirirlər.