Türkiyə şəhid verdi, Hulusi Akar sərhəd xəttinə getdi
2022-05-24 15:09:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar İraqla sərhədə gedib. Naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz müşayiət edirlər.
İraq sərhədində terrorçularla döyüşdə 3 nəfər türk hərbçisi şəhid olub, 4 nəfər yaralanıb.
İraqın şimalındakı terrorçulara qarşı “Pəncə-Kilid” əməliyyatı 18 aprel tarixindən bəri davam edir.
Hürr Tərcüman