Türkiyə şəhid verdi, yaralılar var
2021-09-11 13:18:00
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İdlib Gərginliyi Azaltma Bölgəsində edilən hücum nəticəsində 2 əsgərin şəhid olduğunu, 3 əsgərin isə yaralandığını bildirib.
Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “İdlib Gərginliyi azaltma bölgəsində edilən hücum nəticəsində iki qəhrəman silahdaşımız şəhid olub, üç qəhrəman silahdaşımız isə yaralananıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar”.