📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə sərhədçiləri FETÖ və PKK üzvlərini yaxaladı

2023-08-14 20:11:00

Türkiyə sərhədçiləri FETÖ və PKK üzvlərini yaxaladı

Yunanıstan və Suriyadan Türkiyəyə, Türkiyədən isə Yunanıstana qanunsuz keçməyə çalışan 7 nəfər sərhəd xidməti tərəfindən yaxalanıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırmalar nəticəsində həbs edilən şəxslərdən beşinin FETÖ, birinin isə PKK/KCK/PYD-YPG terror təşkilatlarının üzvü olduğu müəyyən edilib.

"Sərhədlərimizdə qanunsuz keçidlərə qarşı mübarizəmiz davam edir", - deyə məlumatda deyilir.\\Gundem.az