Türkiyə şirkətləri Qarabağa investisiyalarını artıra bilər
2023-08-01 19:09:00
Türkiyə şirkətləri Qarabağa investisiyalarını artıra bilər. Belə ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Türkiyə və Azərbaycan nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
İclasda Türkiyə nümayəndə heyətini 23 şirkət təmsil edib. Erməni işğalından azad edilmiş ərazilərin investisiya perspektivləri, o cümlədən Türkiyə şirkətlərinin Qarabağa investisiyalarının artırılması müzakirə olunub.
Ülviyyə, Hurriyyet.az