📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Superkuboku: "Qalatasaray" - "Beşiktaş" matçının keçiriləcəyi tarix və məkanı açıqlanıb

2024-07-11 20:38:45

Türkiyə Superkuboku:

"Qalatasaray" və "Beşiktaş" arasında Türkiyə Superkubokunun final matçının keçiriləcəyi tarix və məkan bəlli olub.

Hurriyyet.az xəbər verir ki, qarşılaşma avqust ayının 3-ü, İstanbuldakı “Atatürk” Olimpiya Stadionunda baş tutacaq.

Matçın start fiti Bakı vaxtı ilə 21:45-də səslənəcək.

Qeyd edək ki, ötən mövsüm "Qalatasaray" Türkiyə Superliqasının qalibi, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.