📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə, Suriya, İran və Rusiya XİN başçıları görüşəcək

2023-04-10 20:32:00

Türkiyə, Suriya, İran və Rusiya XİN başçıları görüşəcək

Mayın əvvəlində Rusiya, Suriya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində bildirib.
Dördtərəfli görüşün Moskvada keçiriləcəyi qeyd olunub. Dəqiq tarixlər hələ açıqlanmayıb.