📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə-Suriya-Rusiya-İran görüşü keçiriləcək

2023-03-27 13:33:00

Türkiyə-Suriya-Rusiya-İran görüşü keçiriləcək

Hurriyyet.az  “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, yaxın vaxtlarda Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinləri səviyyəsində daha bir görüş keçirəcək. Bu barədə Rusiya diplomatik missiyası məlumat yayıb.  Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, Rusiya Federasiyası, Türkiyə, İran və Suriyanın XİN rəhbərlərinin müavinləri səviyyəsində növbəti görüş Suriya-Türkiyə münasibətlərinin normallaşmasına həsr olunacaq.

Hürr Tərcüman