📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə Suriyada sülhün və qaçqınların qayıdışının tərəfdarıdır

2023-04-26 16:43:00

Türkiyə Suriyada sülhün və qaçqınların qayıdışının tərəfdarıdır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar Moskvada keçirilmiş dördtərəfli görüşlərin nəticələrindən danışıb.

Akar Türkiyənin Suriya ərazisindəki terror təhdidinin tez bir zamanda qarşısının alınmasının, dövlət sərhədlərinin təhlükəsizliyinin təmin olunmasının, qonşu ölkədə uzunmüddətli sülhün və sabitliyin tərəfdarı olduğunu bildirib.

Xəbər verdiyimiz kimi, Moskvada Türkiyə, Suriya,Rusiya və İran dövlətlərinin müdafiə nazirləri ilə kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşü keçirilib.

Nazir deyib: “Biz görüş iştirakçılarının çıxışlarını dinlədik, Türkiyə tərəfinin mövqeyini açıq şəkildə bildirdik. Türkiyə hər zaman Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət elədiyini bəyan edib. Bizim Suriya ərazisindəki mövcudluğumuzun yeganə səbəbi – terrorçuluq, o cümlədən YPG (PKK-nın Suriya qanadı – “Anadolu Agentliyi”nin qeydu) və İŞİD təhdidinin dəf edilməsidir”.

Akar Türkiyə tərəfinin Suriyadakı fəaliyyətinin digər səbəbinin Suriyadan Türkiyəyə yeni qaçqın axınının qarşısını almaq olduğunu deyib: “Biz Suriyada sabitliyi cə təhlükəsizliyi təmin eləməyə çalışırıq ki, qaçqınların könüllü şəkildə öz ölkələrinə qayıtması və layiqli şəkildə yaşaması üçün şərait yaransın. BMT TŞ-nin Suriya məsələsi ilə bağlı 2254 saylı qətnaməsi əsasında problemin nizamlanmasının tərəfdarıyıq”.

Hürr Tərcüman