Türkiyə Ukrayna-Rusiya müharibəsində qan tökülməsinin qarşısını almaq üçün səy göstərir - Hakan Fidan
2024-05-23 12:46:19
Türkiyə Rusiya və Ukrayna ilə Qara dəniz hövzəsində ticarət gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı danışıqlar aparır.
“Türkiyə Ukrayna-Rusiya müharibəsində qan tökülməsinin qarşısını almaq üçün səylərini davam etdirir. Biz Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik. Digər tərəfdən, biz müharibənin lap əvvəlindən danışıqlar yolu ilə sülh yolu ilə həllə nail olmağın vacibliyini vurğulamışıq. Bu kontekstdə biz müxtəlif istiqamətlərdə vasitəçilik missiyaları həyata keçirməyə davam edirik”, deyə Türkiyənin xarici işlər naziri Hakan Fidan xüsusilə qeyd edib.
Ülviyyə, Hurriyyet.az