Türkiyə Ukraynaya “Akıncı” PUA-ları verə bilər
2023-10-02 09:41:14
Türkiyə Ukraynaya “Bayraktar Akıncı” pilotsuz uçuş aparatları (PUA) verə bilər.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin icraçı direktoru Haluk Bayraktar deyib.
O əlavə edib ki, Ukraynada həmin tip PUA-nın istehsalı üçün Türkiyə hökumətindən icazə alınmalıdır. Haluk Bayraktar iki dövlət arasında müdafiə əməkdaşlığı ilə bağlı belə bir razılaşmanın olduğunu vurğulayıb. (APA)