📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Türkiyə Ukraynaya daha çox “Bayraktar” verəcək” – Conson Ərdoğanla danışıqları açıqladı

2022-03-26 15:32:00

“Türkiyə Ukraynaya daha çox “Bayraktar” verəcək” – Conson Ərdoğanla danışıqları açıqladı

Britaniya Baş naziri Boris Conson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı danışıqlar aparıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Conson özü açıqlama verib. “Biz Ərdoğanla belə razılaşdıq ki, Britaniya Ukraynanı Rusiyanın uzaqmənzilli artilleriyasını məhv etmək üçün batareya əleyhinə sistemlərlə təmin edəcək. Britaniya artilleriyası rus gəmilərini uzaq məsafədən məhv edə biləcək. Türkiyə isə Ukraynaya “Bayraktar”ların daha bir partiyasını verəcək. Kiyevə həmçinin Britaniyanın uzaqmənzilli ağır artilleriyasının yükləmək və lazımi yerlərə aparmaq üçün güclü təkərli daşıyıcılar təqdim ediləcək”, – baş nazir bildirib.