Türkiyə Ukraynaya hücum edəcək rus həbri gəmilərini Bosfor boğazından Qara dənizə buraxmadı
Türkiyə Rusiya hərbi gəmilərini Qara dənizə buraxmayıb, onlar Vladivostoka qayıdırlar. Belə ki, fevralın əvvəlindən Rusiya Sakit Okean Donanmasının gəmiləri Qara dənizə daxil olmaq üçün Türkiyə hökumətindən Bosfor boğazından keçmək üçün icazə gözləyir, lakin Ankara onlara icazə verməyib.
Gəmilər, xüsusən Sakit Okean Donanmasının "Varyag" raket gəmisi və böyük sualtı qayıq əleyhinə gəmi "Admiral Tributs" bazar günü, noyabrın 6-da Vladivostokdakı bazasına gedərkən Sinqapur boğazında gəmi müşahidəçiləri tərəfindən müşahidə edilib.
Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun monitorinq qrupunun rəhbəri Andrey Klimenko yazıb ki, “Varyag” və “Admiral Tributs” fevralın 2-dən Aralıq dənizindədir və Ukrayna ərazisinə hücum etmək üçün Qara dənizə köçürülməyə hazırlaşırmış.
Ülviyyə, Hurriyyet.az