📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşəcək

2022-10-25 19:38:00

Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşəcək

Tezliklə Ermənistan və Türkiyənin müvafiq departamentlərinin nümayəndələrinin görüşü baş tutacaq, görüş zamanı aviayüklərinin daşınmasının həyata keçirilməsinə dair sazişin icrası müzakirə olunacaq.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

"Yaxın vaxtlarda Ermənistan və Türkiyənin müvafiq departamentlərinin nümayəndələrinin iyulda əldə edilmiş razılaşmaların icrasını müzakirə etmək üçün sərhəddə görüşəcəyi gözlənilir. Söhbət birbaşa aivayüklərinin daşınmasına başlamasından və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılmasından gedir”, - Unanyan bildirib. \\Axar