Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildiriblər.
Görüşdə Türkiyə-Fransa münasibətləri və regional məsələlər müzakirə edilib.
Görüş zamanı R.T.Ərdoğan SAMP-T texnologiyası ilə bağlı gözləntilərinin “tam açıqlıq” prinsipi altında maksimum əməkdaşlığı ehtiva edən birgə sistemini inkişaf etdirmək və satın alma layihəsinin başlanmasını təmin etmək olduğunu bildirib.
Türkiyə prezidenti İstanbulda yaradılacaq və Türkiyə, Rusiya,Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrindən ibarət olacaq Koordinasiya Mərkəzindən Ukrayna taxılının ixracı prosesinin idarə olunması ilə bağlı qərarın qəbul edildiyinə işarə edib.
R.T.Ərdoğan əlavə edib ki, bu planın sürətlə həyata keçirilməsiilə qlobal ərzaq təhlükəsizliyinin vacib probleminin həlli kontekstində uğur əldə etmək olar. \\Trend