📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə və İsraildən tarixi addım: Rəsmən açıqlandı

2022-08-17 17:55:00

Türkiyə və İsraildən tarixi addım: Rəsmən açıqlandı

Türkiyə və İsrail qarşılıqlı olaraq yenidən səfirlər təyin edilməsinə qərar verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayevlə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, yaxın zamanda bu barədə bəyanat yayılacaq və Türkiyə İsrailə təyin ediləcək səfirin adını açıqlayacaq.