Türkiyə və Niger əməkdaşlığı gücləndirir
2024-07-18 10:44:33
Türkiyənin xarici işlər naziri Fidanın başçılıq etdiyi nümayəndə heyəti Nigerə səfər edib və ölkənin ali rəhbərliyi ilə görüşlər keçirib. Görüşdə təhlükəsizlik, müdafiə, enerji və terrorla mübarizə məsələləri müzakirə edilib.
“Afrikada sülh, təhlükəsizlik və sabitlik bizim prioritetlərimizdəndir. Türkiyənin 54 Afrika ölkəsindən 44-də səfirliyi var”, deyə Fidan səfərdən sonra mətbuata açıqlamasında qeyd edib.
Nigerə səfər edən nümayəndə heyətinə Müdafiə Nazirliyinin rəhbəri Gülər, energetika naziri Bayraktar və Türkiyə kəşfiyyatının MİT rəhbəri Kalın (TRT Haber) də daxildir.
Ülviyyə, Hurriyyet.az