📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə və Rusiya arasında mühüm görüş

2024-01-22 20:37:51

Türkiyə və Rusiya arasında mühüm görüş

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Türkiyənin bu ölkədəki səfiri Tanju Bilgiç ilə görüşüb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətlər və regionda vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə dünyada təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi istiqamətində iki ölkə səylərinin əlaqələndirilməsi barədə razılıq əldə edilib. \\Axar.Az