📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə və Səudiyyə Ərəbistanı müdafiə sahəsində əməkdaşlığı gücləndirir

2024-07-04 12:32:41

Türkiyə və Səudiyyə Ərəbistanı müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Türkiyə və Səudiyyə Ərəbistanı müdafiə sahəsində əməkdaşlığı gücləndirir. Belə ki, Səudiyyə Ərəbistanının dövlət şirkəti “Saudi Arabian Military Industries” (SAMI) türk şirkətləri ASELSAN, Baykar və Fergani Uzay ilə krallıqda “müdafiə sənayesinin lokallaşdırılmasına dəstək” məqsədilə 3 memorandum imzalayıb.

Memorandumda dron istehsal edən "Baykar" şirkəti ilə krallıqda istehsal müəssisələrinin yaradılması və pilotsuz təyyarələr üçün sistemlərin hazırlanması üçün müqavilə imzalanıb. Həmçinin, ASELSAN müdafiə şirkəti ilə krallıqda müdafiə elektronikası texnologiyalarının inkişaf etdirilməsi imkanlarını öyrənmək üçün razılığa gəlib. Qlobal kosmik sektora xidmət etmək üçün yeni texnologiyaların hazırlanması üçün Ferqani Uzay ilə müqavilə imzalanıb.

Ülviyyə, Hurriyyet.az