📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə və Suriya birgə ƏMƏLİYYAT KEÇİRDİ

2026-04-25 21:11:54

Türkiyə və Suriya birgə ƏMƏLİYYAT KEÇİRDİ

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Suriya Daxili İşlər Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, xüsusi xidmət orqanları Cənub-Şərqi Asiyadan külli miqdarda narkotik daşıyan gəmi barədə kəşfiyyat məlumatları əldə ediblər.

Bildirilir ki, sözügedən gəmi əvvəlcə Misirin İsgəndəriyyə şəhərinə, daha sonra isə Livanın paytaxtı Beyruta istiqamət alıb.

Marşrutun son dayanacağı isə Suriyanın Latakiya limanı olmalı idi.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi uğurlu birgə əməliyyat nəticəsində gəmidən 236 kiloqram marixuana aşkar edilərək götürülüb.

İlkin qiymətləndirmələrə görə, müsadirə edilən narkotik partiyasının qara bazardakı dəyəri təxminən 300 milyon Türkiyə lirəsi təşkil edir.