📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə vətəndaşı Bakı-Quba yolunda öldü

2024-09-16 09:44:09

Türkiyə vətəndaşı Bakı-Quba yolunda öldü

Bakı-Quba yolunda TIR sürücüsü olan türk vətəndaşı sükan arxasında ölüb.

Hurriyyet.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.

Türk vətəndaşı olan 1966-cı il təvəllüdlü Orxan Kazım oğlu İldırım yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib.

Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb.

Faktla bağlı araşdırma aparılır./axar.az/