📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə vətəndaşları Azərbaycanda səs verir - Yenilənir

2023-05-05 09:53:00

Türkiyə vətəndaşları Azərbaycanda səs verir - Yenilənir

Türkiyədə mayın 14-ü keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq ölkənin Azərbaycandakı səfirliyində səsvermə başlayıb.

Hurriyyet.az xəbər verir ki, səfirlikdə yaradılan səsvermə məntəqəsi bu gün səhər 09:00-da açılıb.

Səsvermə 21:00-a qədər davam edəcək.

Türkiyə vətəndaşları Azərbaycanda 5, 6 və 7 may tarixlərində səs verə biləcəklər. Bunun üçün Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, Türkiyənin Ali Seçki Qurumunun məlumatına görə, seçki zamanı ümumilikdə Azərbaycanda 11 036 Türkiyə vətəndaşı səs verə biləcək. 

***

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı səs verib.

qafqazinfo.az