Türkiyə vətəndaşları Ermənistanda mülk almağa davam edirlər
2022-02-03 15:30:00
Hurriyyet.az xəbər verir ki, Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan Türkiyə vətəndaşlarının Ermənistandan daşınmaz əmlak almağa davam elədiklərini bildirib. Bu barədə məlumatı “Sputnik Armeniya” informasiya agentliyi verib. Erməni hökumətinin bu gün keçirilən iclasından sonra açıqlama verən Kerobyan deyib: “Türkiyə vətəndaşları həmişə Ermənistanda daşınmaz əmlak və şirkətlər alıblar”.
Kerobyan satılanların mühüm strateji obyektlər olmadığını qeyd edib, daha dəqiq məlumat istəyən KİV nümayəndələrinə bunun üçün Kadastr Komitəsinə müraciət eləməyi məsləhət görüb.
Hürr Tərcüman