📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə XİN İrəvanın qərarını alqışlayıb

2022-03-08 20:19:00

Türkiyə XİN İrəvanın qərarını alqışlayıb

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə XİN İrəvanın Antalyadakı forumda iştirak etmək qərarını alqışlayıb. Ankara Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın 11-13 mart tarixlərində keçiriləcək Antalya Diplomatik Forumunda iştirak eləmək qərarından məmnun olduğunu bildirib.

Bu barədə açıqlamanı Türkiyə XİN-in mətbuat katibi Tanju Bilgic verib. Açıqlamada deyilir: “Bu qəbildən olan qarşılıqlı addımlar ölkələr arasında dialoqun genişlənməsinə və münasibətlərin tam normallaşması hədəfi istiqamətində etibarı artıran tədbirlərin razılaşdırılmasına töfhə verir”.

Hürr Tərcüman