📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə XİN rəhbəri: “Bu müharibə daha böyük müharibələrə səbəb ola bilər, lakin tarixi sülhə də gətirib çıxara bilər"

2023-10-17 13:40:00

Türkiyə XİN rəhbəri: “Bu müharibə daha böyük müharibələrə səbəb ola bilər, lakin tarixi sülhə də gətirib çıxara bilər

“Bu müharibə daha böyük müharibələrə səbəb ola bilər, lakin tarixi sülhə də gətirib çıxara bilər. Prezidentimiz tarixi sülhün mümkün olduğuna inanır”, deyə Türkiyənin xarici işlər naziri Fidan livanlı həmkarı Buhabiblə birgə mətbuat konfransında deyib.

Fidan, eləcə də “Müharibənin region ölkələrində, xüsusən də Livan, Misir və İordaniyada vəziyyəti genişləndirməməsi və sabitliyi pozmaması üçün mümkün olan hər şeyi edirik”, deyə Türkiyənin diplomatik səy göstərdiyini açıqlayıb.

Ülviyyə, Hurriyyet.az