📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə XİN: “Rusiyanı dərhal dayanmağa çağırırıq... Sərhədləri silah yolu ilə dəyişdirmək olmaz”

2022-02-24 16:20:00

Türkiyə XİN: “Rusiyanı dərhal dayanmağa çağırırıq... Sərhədləri silah yolu ilə dəyişdirmək olmaz”

Türkiyə XİN: “Rusiyanı dərhal dayanmağa çağırırıq... Sərhədləri silah yolu ilə dəyişdirmək olmaz”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması ilə bağlı açıqlama verərək hərbi əməliyyatların qəbuledilməz olduğunu bəyan edib.

Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Ölkələrin ərazi bütövlüyü və suverenliklərinə hörmət göstərilməsinin lazım olduğuna inanan Türkiyə sərhədlərin silah yolu ilə dəyişdirilməsinə qarşıdır.

Rusiya Federasiyasını da bu haqsız və hüquqsuz fəaliyyətini dərhal dayandırmağa çağırırıq”.

Hürr Tərcüman