Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
2022-02-26 12:40:00
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.
Hurriyyet.az xəbər verir ki, bəyanatda qeyd olunub:
“30 il öncə dünyanın gözü qarşısında baş verən vəhşətin səbəb olduğu yaraların hələ də təzə olduğunu bilir, qardaş Azərbaycanın kədərini kədərimiz olaraq qəbul edir və ən dərindən paylaşırıq”.