📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2026-02-26 09:41:12

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Xocalı şəhərində mülki insanlara qarşı törədilmiş vəhşi cinayəti bir daha pisləyirik.

Hurriyyet.org xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Xocalıda yaşanan, uşaq və qadınları hədəf alan vəhşilik tarixə insanlıq adına ləkə kimi düşüb.

Qətlə yetirilən 613 qardaşımızın, yaralananların və itkinlərin xatirəsini daima yad edirik.

Xocalı qətliamında həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk”, - bəyanatda deyilir.