Türkiyə yeni HHM sistemi təqdim edəcək
Huriyyet.az xəbər verir ki, Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti GÜRZ adlı yeni hava və raket hücumundan müdafiə sistemini təqdim edəcək.
"SavunmaSanayiST " nəşrinin yazdığına görə, sistem Türkiyədə keçiriləcək “IDEG-23” adlı müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.
Sistem kiçik və çox kiçik yüksəkliklərdə bir neçə (raket və mərmi) dəfedicilərdən istifadə etmək imkanı verən innovasiyalarla təchiz edilib.
GÜRZ 8x8 rezin təkərli zirehli platforma üzərində qurulub. Sistem PUA, vertolyot, qırıcı təyyarə, qanadlı raket və “hava-yer” tipli silahlardan müdafiə edir.
Kompleks 35 mm-lik təyyarəvuran topla, kiçik və çox kiçik yüksəklikləri vura biləcək raketlərlə, müxtəlif nöc radarlarla təchiz edilib.
Hesablamalara görə, bu sistem “Pansir” raket kompleksindən daha üstün imkanlara malikdir.
Hürr Tərcüman