📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyə yenidən Ermənistanla futbol barışığına başlaya bilər – Avro-2024-də eyni qrupa düşüblər

2022-10-17 13:58:00

Türkiyə yenidən Ermənistanla futbol barışığına başlaya bilər – Avro-2024-də eyni qrupa düşüblər

Hurriyyet.az xəbər verir ki, Türkiyə parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç Türkiyənin Ermənistanla münasibətləri normallaşdırma prosesində “futbol diplomatiyasına” müraciət edə biləcəyini söyləyib.

“Star” qəzeti yazdığına görə millət vəkili belə deyib: “Martın iyirmi beşində Ermənistanda və sentyabr ayında Türkiyədə iki ölkənin milli futbol komandalarının görüşləri keçiriləcək (Avro-2024 yarışının kvalifikasiya mərhələsində). Bizim yığmamız oraya gedəcək. Ola bildin ki, biz də getdik”.  

Kılıç qeyd edib ki, münasibətlərin normallaşdırılması prosesində müsbət irəliləyiş var, Bakı ilə İrəvanın da münasibətlərində müsbət dinamika hiss edilir.

Xatırladaq ki, 2008-ci ilin sentyabr ayında Türkiyənin o zamankı prezidenti Abdulla Gül erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə İrəvana, dünya çempionatının seçmə mərhələsində Ermənistan ilə Türkiyənin millilərinin qarşılaşmasına tamaşa eləməyə getmişdi. Ardından, 2009-cu ilin oktyabrında Gülün təklifi ilə Sarkisyan iki ölkənin yığma komandasının Bursa şəhərindəki cavab görüşünə baxmağa getmişdi. Orada erməni və türk nümayəndə heyətləri arasında danışıqlar aparmış, ardından prezidentlərin görüşü keçirilmişdi.

Hürr Tərcüman