📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə 118 min bina dağıntıya çevrilib

2023-02-20 13:09:00

Türkiyədə 118 min bina dağıntıya çevrilib

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum fevralın 6-da baş vermiş zəlzələ nəticəsində bölgələrdə 118 minə qədər binanın yıxıldığını, ciddi zədələndiyini və yaxud da uçurulmalı olduğunu bildirib.

Nazir telekanllara açıqlamasında deyib: “11 vilayətdə 927 min bina təftiş edilib. Onlardan 118 mini ya uçub, ya ciddi zədələnib, yaxud da dərhal uçurulmalıdır”.

Kurum qarşıdakı il ərzində bu vilayətlərdə “ölkə tarixində ən böyük yaşayış tikintisinin aparılacağını” söyləyib.

Hürr Tərcüman