📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə 13 hektar meşə sahəsi yandı

2023-08-12 23:26:00

Türkiyədə 13 hektar meşə sahəsi yandı

Türkiyənin Burdur vilayətinin Bucak rayonunda meşə yanğını başlayıb.

Yanğının səbəbi hələlik bəlli deyil.

Yanğının söndürülməsi üçün bölgəyə 2 helikopter, 5 təyyarə və çoxlu sayda canlı qüvvə göndərilib.\\Axar.Az

***

Türkiyənin Burdur vilayətinin Bucak rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb.

Yanğının söndürülməsinə 3 helikopter, 5 təyyarə, 15 suçiləyici, 2 yanğınsöndürən maşın və 3 su tankeri cəlb edilib.

Təxminən 13 hektar ərazinin yandığı bildirilir.