Türkiyədə “3+3” platforması iştirakçılarının görüşü keçiriləcək
2024-10-17 12:09:59
“3+3” formatında Cənubi Qafqazın inkişafı platforması iştirakçılarının növbəti sammiti oktyabrın 18-də İstanbulda keçiriləcək. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
“3+3” formatına Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin İran, Rusiya və Türkiyə daxildir. Tiflis tədbirdə iştirak etməyəcək.
Gürcüstanın rəsmi mövqeyi ondan ibarətdir ki, Rusiya faktoruna görə belə tədbirlərdə iştirak etmir. Amma nədənsə başqa müstəvilərdə rəsmi Tiflis "3+3" formatı istisna olmaqla Rusiya ilə münasibətləri yumşaltmağa doğru gedir.
Ülviyyə, Hurriyyet.az