📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə 90 kənd karantinə alındı

2023-06-18 00:26:00

Türkiyədə 90 kənd karantinə alındı

Türkiyənin Bartın bölgəsində dabaq xəstəliyi səbəbindən 90 kənd karantinə alınıb.

Kənddə heyvanların giriş-çıxışı və satışı müvəqqəti olaraq qadağan edilib.

Tədbirlər çərçivəsində Abdipaşa və Akçamescit heyvan bazarları da müvəqqəti bağlanıb.

Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsi bölgədə inzibati və elmi tədbirlər görülərək peyvənd işlərinə başlanıldığını və tədbirlərə əməl etməyənlərə 46 min 159 lirə inzibati cərimə tətbiq ediləcəyini bildirib. \\Ölkə.az