📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə ABŞ imperializmi qan qoxan köpəkbalığı ilə müqayisə edilib

2026-01-06 14:54:23

Türkiyədə ABŞ imperializmi qan qoxan köpəkbalığı ilə müqayisə edilib

Hurriyyet.az xəbər verir ki, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ABŞ imperializminin köpəkbalığından daha təhlükəli olduğunu bəyan edib. Onun sözləri “Haberler” tərəfindən dərc edilib.

"İmperializmin qəzəbli mərhələsi qan tökülməsi ilə sıx bağlıdır. Neft qoxuyan Amerika imperializmi qan qoxuyan köpəkbalığından daha təhlükəlidir", - deyə Baxçalı vurğulayıb. O, ABŞ-ın Venesuelaya hücumu və Prezident Nikolas Maduronun tutulması ilə bağlı şərhində bildirib.

Türkiyəli siyasətçi hadisəni "Karib dənizinin quldurları" filmi ilə müqayisə edib. O, beynəlxalq hüququn uzun müddətdir ki, zibil qutusunun dibində basdırıldığını və ABŞ-ın qərarının sadəcə quldurluğun başqa bir nümunəsi olduğunu iddia edib.

Hurriyyet.az